"Qalatasaray"ın hücumçusu komandadan ayrıldı

İstanbul təmsilçisi olan "Qalatasaray"ın futbolçusu Rayan Babel komandadan ayrılıb.

"Unikal" xəbər verir ki, bu barədə niderlandlı hücumçu özü paylaşdığı videoda açıqlama verib. 

Qeyd edək ki, Rayan Babel 2019-cu ilin yayından "Qalatasaray"da çıxış edirdi. 35 yaşlı futbolçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 42 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.