Putindən Qərbin çağırışına cavab: O, ərzaq böhranının həllini izah etdi

Rusiya prezidenti Putin İtaliyanın baş naziri Draqi ilə görüşündə sanksiyaların qaldırılacağı təqdirdə ərzaq böhranının həll ediləcəyini bildirib.
Operativ.tv Milli Gazete-yə istinadən xəbər verir ki, Ukraynaya hücumuna görə dəfələrlə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edən Qərb ərzaq böhranı başlayandan sonra Vladimir Putinə səslənib.
Qərbin sanksiyalarına məruz qalan Rusiya prezidenti Vladimir Putin ərzaq böhranının həlli üçün yeganə şərtini açıqlayıb.
Putin İtaliyanın baş naziri Mario Draqi ilə görüşündə bildirib ki, sanksiyalar qaldırılarsa, onlar ərzaq böhranının həllinə töhfə verə bilərlər.
Mülki gəmilərin Qara dəniz və Azov dənizindəki limanlardan təhlükəsiz çıxışı üçün hər gün humanitar dəhliz açdıqlarını ifadə edən Putin, Ukraynanın Rusiya ilə danışıqları dondurmasını da dəyərləndirib.
Qlobal ərzaq təhlükəsizliyi məsələsinin də ətraflı müzakirə olunduğu görüşdə Putin kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılması ilə bağlı problemlərlə bağlı Rusiyaya qarşı ittihamların əsassız olduğuna diqqət çəkib.