Putindən Qərbə mesaj: İqtisadi intihar

Rusiya prezidenti Vladimir Putin Qərbin enerji siyasətini sərt şəkildə tənqid edib və “iqtisadi intihar” ifadəsini işlədib.
Operativ.tv Haber Global-a istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin enerji bazarlarında baş verən hadisələrlə bağlı açıqlamalar verib. “Qərbin pis qurulmuş siyasəti qlobal enerji sektorunda problemlərin əsas səbəbidir” – deyə Putin bildirib.
Avropanın sırf siyasi səbəblərdən və ABŞ-ın təzyiqi ilə Rusiyanın neft və qaz bazarına daha çox sanksiyalar tətbiq etdiyini vurğulayan Putin, "Qərbin sanksiyaları və Rusiya neftinə embarqo ehtimalı neft qiymətlərinin artmasına səbəb oldu. Avropa ölkələrinin enerji sektoru siyasəti iqtisadi intihardır”.