Putin və Modi Nyu Dehlidə görüşüblər

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi  bu gün Yeni Dehlidə görüşə başlayıblar.   Tədbir Hindistan hökumətinin iki ölkənin bayraqları ilə bəzədilmiş Heydərabad Evinin ön qazonunda mərasimlə başlayıb.   Danışıqlar zamanı liderlərin beynəlxalq gündəmdəki aktual məsələlər, o cümlədən G20, BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə işlərə dair fikir mübadiləsi aparacağı gözlənilir.   Daha əvvəl dövlət başçısının köməkçisi Yuri Uşakov demişdi ki, mümkün mövzular arasında strateji sabitlik məsələləri, terrorizmlə mübarizə, Asiya-Sakit okean regionunda vəziyyət və Əfqanıstandakı vəziyyət var.   Xatırladaq ki,  sonuncu dəfə Putin və Modi arasında görüş 2019-cu ilin sentyabrında Hindistanın baş nazirinin Vladivostoka səfəri zamanı baş tutub, sonra iki lider arasında görüş 2019-cu ilin noyabrında Braziliyada keçirilən BRİKS sammiti çərçivəsində baş tutub.