Putin: Trampın impiçmenti "əlçatmazdır", Senat ona bəraət qazandıracaq

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın impiçment prosesini "imkansız" adlandıraraq, Trampın Senatda bəraət alacağına dair aşkar proqnoz verib.
 
Putin cümə axşamı Moskvada keçirdiyi illik mətbuat konfransında bu prosesin Demokratların Trampa qarşı mübarizəsinin davamı olduğunu söyləyib.
 
"2016-cı il seçkisini uduzan Demokratlar Partiyası, hər cür başqa üsullarla nəticə əldə etməyə çalışır," Putin bildirib.
 
O, Trampın impiçmentindən əvvəl Rusiyanın ABŞ-ın seçki sisteminə müdaxilə etməsini ittihamını da xatırladaraq bunun tamamilə "əsassız" olduğunu deyib.
 
Putin qeyd edib ki, impiçment qərarı "Respublikaçıların çoxluq təşkil etdiyi Senatdan keçməlidir." "Onların partiyalarının nümayəndəsini vəzifədən uzaqlaşdırması ağılabatan görünmür. Bu mənim üçün əlçatmaz görünür," deyə o əlavə edib.
 
Prezident Donald Tramp çərşənbə günü ABŞ Nümayəndələr Palatası tərəfindən impiç edilib. O, Konstitusiyanın müdəallarını pozaraq cinayət törətməklə ittham olunan 3-cü ABŞ prezidentidir.