Putin: Qərb bütün dünyanı qurban vermək istəyir

Operativ.tv-nin Rasthaber-ə istinadən verdiyi məlumatına görə, Rusiya prezidenti bəyan edib ki, Qərb öz hökmranlığı üçün dünyanın qalan hissəsini də qurban verməyə hazırdır.
İRNA-nın TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Putin iqtisadi məsələlərə həsr olunmuş iclasdakı çıxışında deyib: “Qərb ölkələri Rusiyaya qarşı sanksiyaların bəzi ölkələrdə ehtimal edilən aclığın olacağı kimi nəticələrə görə məsuliyyət daşıyırlar. Çünki qərb ölkələri bütün dünya üzərində hegemonluqlarını bərqərar etmək üçün qalanlarını da qurban vermək istəyirlər. Bu vəziyyətin əsas günahkarının qərb ölkələrinin elitaları olduğunu qeyd edən Putin, “Dünyanın bir çox ölkəsi artıq aclıq da daxil olmaqla, təhdidlərlə üzləşib və Moskvaya qarşı sanksiyalar davam edərsə, AB aradan qaldırılması çətin olan nəticələrlə üzləşə bilər” – deyə vurğulayıb.