Putin azərbaycanlı jurnalistin sualını cavabsız qoyub

Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında Katerina Tixonova və Maria Vorontsovanın onun qızları olub-olmadıqları barədə suala cavab verməktən imtina edib. 

 

Bu barədə "Vedomosti" yazlb.

 

Belə ki, BBC rus xidmətinin müxbiri Fəridə Rüstəmova Putinə əvvəllər övladlarının biznes və siyasətlə məşğul olmadığını söylədiyini xatırlatdı. Ancaq indi iddia edilən qızlarından biri Katerina Tixonova İnnopraktika layihəsini idarə edir, Maria Vorontsova isə Leninqrad vilayətində böyük bir tibbi kompleks tikdirən "Nomeko" şirkətində pay sahibidir

 

Putin bu sualın cavabına “siz iki qadının adını çəkdiniz” ifadəsi ilə başlayıb, amma təkcə onu deyib ki, mediada “onun qızının” adı ilə bağlanan İnnopraktika layihəsi Moskva Dövlət Universiteti rektoru Viktor Sadovniçeyin təşəbbüsüdür.

 

Beləliklə, Putin qızları barədə sualı faktiki olaraq cavabsız buraxıb.