Putin 11 generalı işdən çıxarıb

Rusiya prezidenti Vladimir Putin 11 generalı tutduğu vəzifədən azad edib.
 
"RİA Novosti" xəbər verir ki, məlumatı Rusiya hökumətinin saytı yayıb.
 
Bildirilib ki, həmin generallar Rusiya Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Federal Penitensiar Xidmətdə işləyiblar. 
 
V.Putin işdən çıxarılan generalların tutduqları vəzifələrə yeni təyinatlar barədə də sərəncam imzalayıb.