Prezident Xocəsən-Lökbatan yolunun yenidən qurulması ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Xocəsən-Lökbatan avtomobil yolunun 0-11-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 
 
Bu barədə prezidentin rəsmi saytından məlumat verilib.
 
Məlumata görə sərəncamla altmış dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Xocəsən-Lökbatan avtomobil yolunun 0–11-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.