Prezident İlham Əliyev dini icmalara maliyyə yardımı ayırıb

Operativtv.com Turana istinadən xəbər verir ki, Azərbaycan prezidenti ölkənin dini qurumlarına maliyyə yardımının göstərilməsi haqqında sərəncam imzalayıb.

Sənədə əsasən, prezidentin Ehtiyat ondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat ayrılıb.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası,  Bakı şəhəri dağ yəhudiləri dini icması,  Avropa yəhudilərinin Bakı dini icması, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası, Azərbaycan Respublikası alban-udi xristian dini icmasının hər bir 350 min manat alacaq.

Bundan əlavə, digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb.