Prezident bütün siyasi məhbusları təcili azad etdi

Ölkədə milli siyasi dialoqun təmin edilməsi məqsədi ilə Sudan prezidenti Omar əl-Başir bütün siyasi məhbusları təcili olaraq həbsdən azad edilməsi barədə sərəncam imzalayıb.

Gununsesi.info SUNA-ya istinadən xəbər verir ki, sərəncamda neçə siyasi məhbusun azad olunması göstərilməsə də, sənəddə belə bir qərarın verilməsinin cəmiyyətdə barışıq, milli harmoniya və sülhün təmin olunması məqsədi ilə atıldığı qeyd olunub.

Qeyd edək ki, Sudanda hazırda  valyuta  böhranı yaşanmaqdadır. Bunun nəticəsində ölkədə  hiperinfilyasiya hökm sürür. Bu da ölkədə ciddi narazılıqlara yol açıb.