Prezident Aparatı önündə aksiyaya cəhd olub-VİDEO

Polis idarələrində Allahın təhqir edilməsi, zorakılıq hallarına etiraz olaraq bir qrup inanclı bu gün Bakıda, Prezident Aparatı önündə aksiyaya etməyə cəhd göstərib. Operativ.tv -nin məlumatına görə polislər metronun çıxışında onların qarşısını kəsərək qeyd edilən ünvana getmələrinə icazə verməyib. Onlar bunu görüşün qəbul ünvanı olaraq Prezident Administrasiyasının Gənclikdəki şöbəsinə getməklə əsaslandırıb. İnanclılar deyilən ünvana getməyə çalışsalar da, o ərazidə də, polis etirazı ilə üzləşiblər. Onlar Nərimanov Rayon Polis idarəsinə dəvət olunub və şikayət məktubları burada qəbul edilib. İdarə rəisi onlara bildirib ki, müraciətləri  əlaqədar təşkilatlara çatdırılacaq.