Pompeo: `Hizbullaha qarşı təzyiq və sanksiyalar davam edəcək`

Livan Hizbullah Hərəkatına qarşı təzyiq və sanksiyalar davam edəcək.

 

Bu barədə ABŞ dövlət katibi Mayk Pompeo rəsmi Twitter hesabında yazıb.

 

Yeni sanksiyalara işarə edən dövlət katibi bundan sonra da Hizbullahla mübarizə üçün bütün vasitələrdən istifadə etməyə davam edəcəyini vurğulayıb.

 

Xatırladaq ki, ABŞ dövlət katibinin Yaxın Şərq üzrə köməkçisi Vaşinqtonun həmçinin Hizbullahın yaxın müttəfiqlərinə qarşı sanksiyalar tətbiq edəcəyini deyib