Polşa sərhədçiləri Baltik dənizində Rusiya gəmisini saxlayıb

Polşa sərhədçiləri Baltik dənizinin Qdansk körfəzində Rusiyanın “Ruslana” adlanan yük gəmisini saxlayıblar.

Giperssilka.ru APA-ya istinadən xəbər verir ki, bu barədə Polşanın “Sea Portal” saytı məlumat yayıb.

Məlumata görə, Sankt-Peterburqdakı nəqliyyat şirkətinə məxsus gəmi "11 düyün sürətlə Sobyeşevski adasındakı çimərlik istiqamətində hərəkət edirmiş.

Hadisə şənbə günü yerli vaxtla saat 04:00 radələrində baş verib. Ekipaj sərhəd xidmətlərinin zənglərinə cavab verməyib. Beləliklə, xilasedicilər və sərhədçilər gəmiyə gediblər.

Çimərlikdən bir kilometr aralıda yük gəmisi 180 dərəcə dönüş edib və sahilə gəlməkdən yayınıb:

"Klaypedadan üzən Rusiya gəmisi son anda Qdanskın Sobyeşevski adasında sahilə yaxınlaşmaqdan yayınıb".

Yükdaşıyan kapitanın və iki zabitin sərxoş olduğu iddia edilir. “Marine Traffic” portalının məlumatına görə, gəmi hazırda Qdansk limanındadır.