Polşa Müdafiə naziri ölkədəki əsgər sayını iki qat artıra bilər

Polşa Müdafiə naziri ölkədəki əsgər sayını iki qat artıra bilər

“Ölkədə hərbçilərin sayının 2 dəfə artırılmasına ehtiyac var və mən bunu edəcəyəm”.

 

Operativ.tv xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Polşa Müdafiə naziri Mariuş Blaşak deyib.

Onun sözlərinə görə, hazırda Polşa ordusunda yüz min hərbçi yerinə iki yüz min hərbçi olmalıdır. 

“Mən əminəm ki, Polşa ordusunda daha çox əsgər olmalıdır, çünki bu təhlükəsizlik üçün zəmanətdir. Mənim əsas prioritetim hərbçilərin sayını artırmaqdır”, - deyə Blaşak bildirib.

Facebook