Polis rəisinin intihar etməsilə bağlı cinayət işi başlayıb

İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin rəisi Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən vuraraq öldürməsi faktı ilə bağlı cinayət işi başlayıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti bildirib.

 

Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 125-ci maddəsilə (özünü intihar həddinə çatdırma) aparılır.