Bir müddət öncə Türkiyənin Çanaqqala bölgəsinin polis məmuru Kuraner Ərbaş adlı şəxsin dindarlarsayağı saqqal uzadıb, başında sarıqla xidməti avtomobildə gəzdiyi məlum olub.
A24.Az xəbər verir ki, bu səbəbdən polis məmuru tibbi müayinəyə göndərilib.
İşinə davam etmək üçün uyğun olduğu bilnəndən sonra isə Ərbaş Polis İdarəsində Mobil Elektronik Sistemi izləmə vəzifəsinə təyin edilib.
Lakin arayışa qane olmayan Polis idarəsi, Ərbaşı ikinci dəfə tibbi müayinəyə göndərmək fikrindədir. Bundan xəbər tutan məmur Polis idarəsinin önündə saqqalı və başı sarıqlı vəziyyətdə, xidməti maşında öz şəklini çəkdirib.
Üstəlik bunu “Facebook” səhifəsində paylaşaraq “Xidməti geyimə zidd davranışlarıma görə, müayinəyə göndərilirəm. Xeyirli cümələr” şərhini yazıb.

Polis molla geyimində - Foto- Video