Polis maşını qəza təhlükəsi yaratdı

Bakıda Post Patrul Xidməti (PPX) avtomobilinin manevrləri qəza təhlükəsi yaradıb.

Aprelin 3-də saat 17.30 radələrində 90 AP 159 dövlət nişanlı Daxili İşlər Nazirliyinə məxsus PPX avtomobili Xətai rayonu Nobel prospekti ilə hərəkət edərkən işıqforun qırmızı işığından keçərək Süleyman Əhmədov küçəsindən Nobel prospektinə dönərək hərəkət edən avtomobillər üçün təhlükə yaradıb.

Xəbərdaredici siqnalı və sayrışan işıqları qoşulmadan manevr edən PPX avtomobili bir neçə avtomobilin hərəkət istiqamətinə çıxaraq qəza şəraiti yaradıb. Polis avtomobilinin sürücüsü yalnız təhlükəli manevr başa çatdıqdan sonra sayrışan işıqları qoşub.

Report