PKK türk əsgərlərinə bu dəfə raket atdı

Türkiyənin Hakkari bölgəsində PKK terrorçuları hərbi avtomobil karvanına hücum edib.

Virtualaz.org-un məlumatına görə,  hadisə hərbiçilərin Çukurcadan Vana hərəkəti zamanı baş verib. 

Hərbi maşının terrorçular tərəfindən raketlə vurulması nəticəsində 1 zabit şəhid olub, 6 hərbçi isə yaralanıb.

Hadisə yerinə əlavə hərbi qüvvənin göndərildiyi bildirilir.

Bundan başqa, Şırnakın Uludərə rayonunda antiterror əməliyyatı keçirən təhlükəsizlik qüvvələri də PKK terrorçularının hücumuna məruz qalıblar. Atışmada bir əsgər və iki kənd qarovulu yaralanıb.