Peyğəmbərimizin (s) adı Britaniyada uşaqlara ən çox verilən addır

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, “Məhəmməd” (Muhammad, Mohammed, Mohammad) adı 2021-ci ildə Böyük Britaniyada uşaqlara ən çox verilən ad statusunu qoruyub saxlayıb.

“BabyCentre”-nin məlumatına görə, “Məhəmməd” adı “artıq ard-arda 5-ci ildir ki, bu tacı qoruyub saxlayır“.

Bundan başqa, “Abdullah” adı da bu il krallıqda ən çox verilən 100 addan biri olub.

Qızlar arasında isə “Fatimə” və “Nur” adları da 100 ən məşhur adlar sırasındadır.