Peskov: “RF KTMT çərçivəsində Ermənistan qarşısında öhdəlik daşıyır, Qarabağ qarşısında yox”

Rusiya kollektiv təhlükəsizlik haqda müqavilə üzrə öhdəliklərini yerinə yetirərək Ermənistanın müdafiəsinə qalxa bilər, lakin bu öhdəliklər Dağlıq Qarabağa şamil edilmir. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə günü jurnalistlərə bildirib.

“Təhlükəsizliyin təmin edilməsi baxımından öhdəliklər belədir: əgər KTMT  üzvü olan ölkə hansısa təcavüzə, kənardan hücuma məruz qalırsa, bu halda müqavilə iştirakçısı olan ölkələrin belə bir dövlətin müdafiəsinə qalxmaq öhdəliyi var”,- Kremlin nümayəndəsi qeyd edib.

Peskov Rusiyanın hansı halda Dağlıq Qarabağ münaqişə zonasına hərbçilər göndərməyə hazır ola bilməsi barədə  sualın cavabında Peskov deyib ki,  “bu, KTMT çərçivəsindəki “öhdəliklərdən irəli gəlir”. İndiki halda söhbət Ermənistandan gedir.  Rusiya prezidenti Vladimir Putin bu iki məsələni aydın şəkildə izah edib və ayırıb - KTMT üzrə öhdəliklər Qarabağa şamil edilmir”, - Peskov vurğulayıb. Onun sözlərinə görə, Ermənistan ərazisində hansısa hərbi əməliyyatların aparıldığı barədə məlumat təsdiqlənmir.