Peru Prezidentinin impiçment prosesi başlanır - Səs yazısına görə

Peru Konqresi, ölkə Prezidenti Martin Viskarranın impiçment prosesinin başlanmasını təsdiqləyib.

 

Operativ.tv "Andina" agentliyinə istinadən xəbər verir ki, impiçmentin başladılmasının səbəbi Martin Viskarranın dövlət rəsmiləri ilə söhbətlərinin səs yazılarının ictimailəşməsi olub. Səs materialları Prezidentin qanunsuz müqavilələrin bağlanmasında iştirak etdiyini, iş üzrə istintaq zamanı müşavirlərini yalan ifadə verməyə məcbur etdiyini göstərir. 

 

Peru Prezidentinin dediyinə görə, səs yazıları orijinaldır, lakin montaj olunaraq dəyişdirilib.

 

Qeyd edək ki, impiçment təklifindən sonra dövlət başçısına özünü müdafiə etmək üçün 1 saatlıq çıxış imkanı veriləcək. Bundan sonra isə Prezidentin vəzifəsindən kənarlaşdırılması üçün səsvermə keçirilir. İmpiçmentin baş tutması üçün qərar 87 millət vəkili tərəfindən dəstəkləməlidir.