Pekin koronavirus tədqiqatçılarını sıxışdırır

Araşdırma yazıları Çin akademik jurnallarına təqdim edildikdən əvvəl yoxlamalara məruz qalır

Mərkəzi hökumətin direktivinə və iki Çin universitetinin yayımladığı onlayn bildirişlərə əsasən, Çin koronavirusun mənşəyi ilə bağlı akademik tədqiqatların nəşrinə məhdudiyyətlər qoyub.

CNN xəbər verir ki, daha sonra universitet bildirişləri saytından yığışdırıb.

Yeni siyasətə əsasən, COVİD-19-a aid bütün elmi araşdırmalar dərc olunmadan əvvəl əlavə yoxlanışdan keçəcək. Silinən bildirişlərə görə, virusun mənşəyi ilə bağlı araşdırmalar əlavə nəzarətə tabe tutulacaq və onlar mərkəzi hökumət rəsmiləri tərəfindən təsdiqlənməli olacaq.

COVİD-19 yoluxmasının klinik analizini beynəlxalq tibb jurnalında yayımlamaq üçün Çin tədqiqatçıları ilə əməkdaşlıq edən Honq-Konqdakı bir tibb mütəxəssisi, elmi işinin fevral ayında yayınlandığını və belə bir yoxlanışa məruz qalmadığını deyib.

Artan yoxlama tədbirləri Çin hökumətinin Vuhan şəhərində yarandığı gündən bu yana dünyada 100,000-dən çox insanın həyatına son qoyan və 1.8 milyon insanın xəstələnməsinə səbəb olan koronavirus pandemiyasının mənşəyi ilə əlaqədar araşdırmalara nəzarət edən ən son səyləri kimi görünür.

Yanvar ayının sonundan etibarən Çin tədqiqatçıları nüfuzlu beynəlxalq tibbi jurnallarda bir sıra COVİD-19 tədqiqatlarını nəşr ediblər. Erkən koronavirus hadisələri ilə bağlı bəzi tapıntılar - məsələn, insandan insana keçidin mümkünlüyü ilk dəfə ortaya çıxanda - rəsmi hökumətin hesabatları ilə əlaqədar suallar yaranmışdı və Çin sosial mediasında mübahisələrə səbəb olmuşdu.

İndi Çin hakimiyyəti COVİD-19 araşdırmasının yayımlanmasına ciddi yanaşır.

Anonimlik şərtiylə danışan bir çinli tədqiqatçı deyib ki, bu addımın atılması mühüm elmi araşdırmaların aparılmasına mane ola bilər.

“Hesab edirəm ki, bu, Çin hökumətinin hekayələrə nəzarət etmək cəhdidir” və sanki virusun mənbəyi Çin deyil səylərinin bir parçasıdı - deyə tədqiqatçı CNN-ə deyib: “Və bu xəstəliyin yaranmasını müəyyənləşdirmək üçün lazım olan obyektiv araşdırmaya dözümlü olacaqlarını düşünmürəm”.

CNN şərh üçün Çinin Xarici İşlər Nazirliyinə müraciət edib.

Çin rəsmiləri və dövlət mediası dəfələrlə vurğulayıb ki, virusun dəqiq mənşəyi barədə hər hansı bir nəticə yoxdur. Keçən ay Çin Xarici İşlər Nazirliyinin sözcüsü Zhao Lijian “Twitter”də virusun ABŞ-da meydana gəldiyini və ABŞ hərbçiləri tərəfindən Çinə gətirildiyi demişdi.

Vaşinqtonda yerləşən Xarici Əlaqələr Şurasında qlobal sağlamlıq mütəxəssis Yanzhonq Huanq koronavirusun mənşəyinin Çində siyasi baxımdan həssas bir mövzuya çevrildiyini deyib.

“Hökumətin virusun mənşəyi və böhrana reaksiyasına dair yaratdığı hekayəsinə ziddiyyət təşkil etməməsi üçün əlaqəli elmi tədqiqatları nəzarət altına alması təəccüblü deyil”, - professor Huanq CNN-ə deyib.

Çində bir tibb jurnalının redaktorunun sözlərinə görə, koronavirusla bağlı araşdırma yazıları Çin akademik jurnallarına təqdim edildikdən əvvəl yoxlamalara məruz qalır.

Çin Epidemiologiya Jurnalının redaktoru Vanq Lan deyib ki, bütün COVİD-19 tədqiqatları redaksiyaya təqdim olunduqdan sonra təsdiqləmə prosesindən keçməli olub.

“Hər zaman belə olub”, o CNN-ə deyib: "Bunlar təşkilatın üç mərhələsi tərəfindən təsdiqlənməlidir. Çox uzun bir prosesdir".

Anonim danışan çinli tədqiqatçı deyib ki, yeni məhdudiyyətlər altında rəsmi hekayələrə zidd olan koronavirusla bağlı araşdırmaları Pekin tərəfindən təzyiqlərə məruz qala bilər.

“Düşünürəm ki, beynəlxalq elmi ictimaiyyəti bilməlidir ki, Çin tədqiqat müəssisəsindən olan hər hansı bir jurnal və əlyazması hökumət tərəfindən iki dəfə yoxlanılır”,- tədqiqatçı deyib: “Müstəqil elmi araşdırma ilə son nəşr arasında əlavə addımların olduğunu bilmələri vacibdir”.