“Pekin 2022” Olimpiya Kəndləri işə başlayıb

Pekindəki Olimpiya kəndləri bazar günü işə başlayıb və ilk nümayəndə heyətlərini qəbul edib.

APA bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, ilk iş günündə kəndlərə Çin, Avstraliya, Kanada, ABŞ, Finlandiya və digər ölkələrdən 20-dən çox nümayəndə heyətinin üzvləri gəlib.

Eyni zamanda bildirilir ki, Olimpiya kəndlərinin rəsmi açılışı yanvarın 27-də olacaq.