“Pay torpağı olanlara 190 manatın verilməməsi düzgün deyil” - Deputat

"İnsanlar bu gün torpaq yeyə bilməz".

Bunu plenar iclasda deputat Razi Nurullayev deyib. O bildirib ki, adına pay torpağı olan kəndlilərə 190 manat yardımın verilməməsi düzgün deyil:

 

“Əgər dövlətin buna gücü çatmırsa, açıq deyək. Amma imkan varsa, dövlət bu məsələyə yenidən baxmalıdır. Kəndliyə verilən torpaq əkin-biçin üçün verilib. Bu gün torpaqdan gəlir əldə etmək mümkün deyil. Koronavirusa görə çətinlik bu gün üçün yaranıb. İnsanlar indi torpaq yeyə bilməz. Hökumət bu məsələyə yenidən baxmalıdır”.