Parlamentin növbəti iclasının gündəliyi məlum olub

Milli Məclisin mayın 1-də keçiriləcək iclasının gündəliyi məlum olub.
 
Bu barədə "Report” a Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
 
O bildirib ki, gündəliyə 26 məsələ daxil edilib: "İclasda Hesablama Palatasının 2019-cu ildə fəaliyyəti barədə hesabatı dinləniləcək və bir sıra qanunlara dəyişikliklər müzakirə olunacaq”.