Parisdə "Normand dördlüyü"nün Ukraynadakı vəziyyətlə bağlı toplantısı keçirilir

Fransanın paytaxtı Paris şəhərində “Normand dördlüyü”nün Siyasi Şurasının Ukraynadakı vəziyyətlə bağlı toplantısı başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfirliyindən bildiriblər.

Qeyd edək ki, Ukraynanın şərqində vəziyyətin tənzimlənməsi üzrə “Normand formatı” və ya “Normand dördlüyü”nə Almaniya, Rusiya, Fransa və Ukrayna daxildir.