"Papanin"də yaşayış evləri yanıb

Bakının "Papanin" deyilən yaşayış massivində, Namiq Məlikov küçəsində güclü yanğın baş verib.
 
Hadisə şahidlərinin Qaynarinfo-ya verdiyi məlumata görə, yanğın bir neçə yaşayış evini əhatə edir.
 
Hadisə yerinə FHN-nin çox sayda yanğınsöndürən maşını və təcili yardım gəlib.