Papanın analara çağırışı: Oğullarınızı evləndirin

Anti-LGBT mövqeyi ilə tanınan Papa Fransisk ana və uşaqlara müraciət edərək, "Oğullarınızın köynəyini ütüləməyi dayandırın və çox gec olmadan evləndirin. Kişilər, evlənməkdən də qorxmayın. Çətinliklər hər ailədə olur" – deyib. 
Katolik dünyasının ruhani lideri Papa Fransisk mühüm açıqlamalar verib.
Operativ.tv HABER 7 -yə istinadən xəbər verir ki, Anti-LGBT ilə tanınan və zaman-zaman bəziləri tərəfindən sərt tənqidlərə məruz qalan Papa evlilik yaşında, lakin hələ də evli olmayan kişilərə müraciət edib.
Papa deyib: "Hər evlilikdə çətinliklər olur, ondan qorxma!" 
O, gənclərin analarına da çağırış edib.
85 yaşlı Papa Fransisk deyib: "Oğullarınızın köynəyini ütüləməyi dayandırın. Onları evlənməyə təşviq edin. Həddindən artıq sahiblənməyi dayandırın və ailəni tərk etmələrinə icazə verin. Buna mövzuda gecikməyin!"