Papa Fransisk beynəlxalq ictimaiyyəti miqrasiya problemlərinin davamlı həll yollarını tapmağa çağırıb

Papa Fransisk Vatikanda Müqəddəs Pyotr meydanında ənənəvi bazar günü xütbəsi zamanı bir daha dünya ictimaiyyətindən Liviyada miqrasiya problemlərinin uzunmüddətli həll yollarını tapmağı xahiş edib. Pontifik möminləri köməyə ehtiyacı olanlar üçün dua etməyə də çağırıb. Bu barədə məlumatı Euronews-a istinadən Operativ.tv verib.

Papa Fransisk deyib: "Liviyada minlərlə miqrant, qaçqın və müdafiəyə ehtiyacı olanlarla həmrəyliyimi bildirirəm. Mən sizi heç vaxt unutmuram, dualarınızı eşidirəm və sizin üçün dua edirəm. Bir daha beynəlxalq ictimaiyyətdən Liviyada və bütün Aralıq dənizində miqrasiya axınını idarə etmək üçün ümumi, konkret və uzunmüddətli həllər tapmaq üçün verdiyi vədlərə əməl etməyi xahiş edirəm”.

Keçən bazar və bazar ertəsi Aralıq dənizində Sea-Watch humanitar təşkilatının ekipajı ən azı yeddi xilasetmə əməliyyatı aparıb. Təhlükəli vəziyyətdə olan 400-dən çox miqrant gəmiyə aparılıb. Yalnız bir həftə sonra qaçqınlar Siciliyanın Pozzallo limanına enməyə başlayıblar.