Pandemiya yenidən yayılır

Birləşmiş Ştatlarda pandemiya səngiyənə oxşamır, 4,2 milyon yoluxma, 147 min ölüm qeydə alınıb

Dünyanın bir sıra ölkələrində səhiyyə rəsmiləri koronavirus pandemiyasının yenidən yayılması ilə mübarizə aparırlar. Artıq virus 650 min nəfərin həyatına son qoyub.

Çin apreldə virusu nəzarətə alandan bəri ən böyük gündəlik yoluxmanı qeydə alıb. İspaniya, Fransa və Almaniya daxil Avropanın bir sıra ölkələrində yoluxmalarda artım tendensiyası görünür.

Birləşmiş Ştatlarda isə pandemiya səngiyənə oxşamır, 4,2 milyon yoluxma, 147 min ölüm qeydə alınıb.

Dünya üzrə yoluxma sayı 16 milyonu, Latın Amerikası və Karibdə 4,3 milyonu keçib. Ancaq regionun demək olar bütün ölkələri təkrar acılıma gedir.