Pandemiya gözləntiləri (2020-2024): beynəlxalq hesabatlar və düşüncələr

Koronovirusun vaksinasının tapılmaması onu deməyə imkan verir ki, beynəlxalq səviyyədə iqtisadiyyatda ressesiya hələ optimist ssenarilər üzrə hələ 1 il davam edəcək. Lakin bununla yanaşı indiki vəziyyətdən də kritik olacağı istisna olunmur.

BMT-nin İqtisadi və İctimai İşlər Dairəsi tərəfindən açıqlanan son proqnozlara görə, cari ilin sonuna dünyada ÜDM-nin həcmi 5.2 faiz azalacaq. Təşkilatın ekspertlərinin fikirlərinə görə, bu böhranın Böyük Depressiyadan (1929-33) üzü bəri iqtisadi fəaliyyətdə ən böyük daralma və 2008-2009 qlobal maliyyə (ipoteka) böhranından çox daha pis olduğunu ifadə ediblər. Xüsusilə məşğulluq sahəsində problemlər şiddətli xarakter alacaq. Xarici sektorda çalışan işçilərin təxminən 1,6 milyard nəfəri dolanışıq qaynaqlarını itirmə riski ilə üz-üzə qalacaq. (BMT-nin Təhsil və Araşdırma İnsitutu, UNITAR direktoru Nikhil Sethin müsahibəsi)

BVF - nun 2020 sonuncu hesabatına görə, bu ilin sonuna qlobal ÜDM-nin 3-4,9 faiz arasında geriləmələrlə müşahidə olunacaq. İEÖ üzrə 6,1 - 8 % və İEOÖ üçün isə 1-3 %, ABŞ üçün bu geriləmələr 5,9 - 8 %, avrozona üçün 7,5-10,2 %-ə qədər dəyişəcək. Hətta bu il üçün covid-19-un vaksinası tapılsa belə növbəti 2 ildən sonrakı mərhələlərdə iqtisadiyyatın əvvəlki vəziyyətlərə qayıtma cəhdləri ola bilər.

“Oxford Economics”in hesabatı: Yaxın günlərdə başqa bir hesabat “Oxford Economics”dən gəldi. “Pandemiden sonrası üçün ssenarilər” adlı Hesabatda olduqca maraqlı məqamlar yer aldı. Qlobal iqtisadiyyatda baş verən tendensiyaları təhlil edən ekspert qrupu dünyada ÜDM-nin 5 faizlik səviyyədə daralma olduğunu göstərir. Hesabatında bu təməl iqtisadi riskləri araşdırırıq:

Təməl Ssenari: cari ilin sonuna qədər qlobal ÜDM-nin çox böyük itkiləri proqnozalşdırılır.

İkinci ssenaridə virusun dalğasının ortasına yaxşılaşma baş verəcək. Bu təkcə özündə iqtisadi riskləri yox, insanların sağlığını ciddi sürətdə zərbə altına alacaq.

Növbəti 4 ildə isə əvvəlki səviyyəyə qalxma proqnozlaşdırılır. 2021-ci ilin I rübündə yaxşılaşma baş verə bilər. 2021-ci ildə, dünya iqtisadiyyatı 7,1 %  böyümə qeyd etdikcə, qlobal inflyasiyanın bu il sonunda 2 % altına düşdükdən sonra yenidən yüksəlməsi gözlənilir. Avropa Mərkəz Bankının banklar üçün təminat ehtiyaclarında elastiklik yaratması ardından 2023-ə qədər faiz nisbətlərində hər hansı bir artım gözləmirik. Bu vaxt ABŞ-da Federal Ehtiyatın az qala sıfır faiz ətrafında tərəddüd edəcəyini gözləyirik.

“Oxfam” təşkilatının hesabatına görə, dünyada yarım milyard insan koronavirusa görə işsiz qala bilər. Çünki ticarət dövriyyəsi kiçilir, bizneslər mal və xidmətlər təklifini xeyli azalıb. Dünya Ticarət Təşkilatı statistikalarına görə, mal ticarəti həcmi, ilin birinci rübündə keçən ilin analoji dövrü ilə müqayisədə 3 faiz azalıb.

Dünya iqtisadiyyatında baş verən əsas tendensiyalar ondan ibarətdir ki, hər hansı seqmentlər çökmür, sistemi əhatə edən bütün sektorlar oxşar nisbətlərlə çıxdaş olunur. Bu qlobal situasiyanı iqtisadçı Daron Acemoğlu özünəməxus şəkildə belə təsvir edib: “Hər resesyonda firmalar batar, digərləri davam edər. Bu təbiidir. Məsələn ABŞ-da hər resesyon dövründə firmaların ortalama yüzdə 3-ü batırdı. İndi problem ondadır ki, yalnız iqtisadi baxımdan kövrək şirkətlər deyil, tədarük zəncirindəki zəif halqalardan təsirlənən digər şirkətlər də batmağa başlayır.”

Kissincerin üç təklifi

ABŞ diplomatı və ictimai xadimi Henri Kissincer bir tərəfdən pandemiya ilə bütün gücümüzlə mübarizə apararkən, bir tərəfdən də virusdan sonra “yeni dünyaya giriş” üçün hazırlıq ehtiyacına diqqət çəkir, “böhranı idarə edərkən, gələcəyi qurmaq”dan bəhs edir. 96 yaşlı diplomat Kissincer “Marşal Planı” və “Manhetten layihəsi”ndən nəticə çıxararaq, ABŞ-a üç təklif irəli sürür:

  • Virusa qarşı qlobal dirənişi dəstəklə;
  • Dünya iqtisadiyyatının zərərlərini qarşıla;
  • Liberal dünya düzəninin prinsiplərini qoru;

Kissingerin hər üç təklifinin həyata keçirən donor kimi ABŞı görür və gözləntisin dilə gətirir. Deməli, ABŞ  başda olmaqla qlobal güclər koronovirusa qarşı birgə tədbirlər görərərək preventiv tədbirlər görməlidirlər. Bu dirəniş birgə səylərdən keçir. ABŞ covid-19-a qarşı dirənişi təmin etməli, ziyanın aradan qaldırılması üçün donor olmalı və liberal tendensiyaların güclənməsinə özünün ciddi tövhələrin verməlidir. 

Məhəmməd Talıblı