Pakistanın Kəraçi şəhərində məscid yaxınlığında partlayış baş verib

Pakistanın Kəraçi şəhərində məscidin yaxınlığında törədilən partlayış nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb.
Operativ.tv Shia News-a istinadən xəbər verir ki, Pakistanın Kəraçi şəhərində məsciddə törədilən partlayış nəticəsində ən azı 1 nəfər ölüb, 12 nəfər yaralanıb.
Pakistan xəstəxana mənbələri yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu və ölənlərin sayının arta biləcəyini bildirib.
Partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.