Pakistanda Xan hökumətə vaxt verdi

Pakistanın keçmiş baş naziri İmran Xan hökumətə seçkilərin elan edilməsi üçün 6 gün vaxt verib.
Operativ.tv Milli Gazete-yə istinadən xəbər verir ki, ABŞ-ın fitnə oyunları nəticəsində 2 ay əvvəl parlament tərəfindən vəzifəsindən uzaqlaşdırılan Pakistanın keçmiş baş naziri İmran Xan hökuməti sıxışdırmağa davam edir.
Xan hökumətə ultimatum verib ki, altı gün ərzində seçkilər elan edilməsə, yenidən etirazlara başlayacaqlar.
İyun ayında seçkilərin keçirilməsi üçün parlamentin buraxılması lazım olduğunu bildirən Xan, tələbləri yerinə yetirilməsə, yenidən paytaxta yürüş təşkil edəcəyi ilə bağlı hökumətə xəbərdarlıq edib.