Pakistanda terror aktı nəticəsində 10 hərbçi yaralanıb

Şimali Vəziristanda kamikadzenin hücumu nəticəsində azı 10 Pakistan Təhlükəsizlik Qüvvələrinin hərbçisi yaralanıb.

Operativ.tv SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı ölkənin Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr xidmətinə istinadən “Dawn” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Mirəli şəhərində baş verib, kamikadze partlayıcı qurğunu hərbçilərinin olduğu kortej yaxınlığında işə salıb. 10 hərbçi yaralanıb, onlardan üçü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Partlayış yerində antiterror əməliyyatı aparılır.

Şimali və Cənubi Vəziristandakı radikal qruplar Vəziristan İslam Dövləti adlanan təşkilatın yaradılmasına can atır.