Pakistanda neft tankeri ilə avtobus toqquşdu: 20 nəfər öldü

Pakistanın Bəhavalpur şəhəri yaxınlığında neft tankeri ilə avtobusun toqquşması nəticəsində 20 nəfər ölüb, 6 nəfər yaralanıb.

Operativ.tv Unikal-a istinadən xəbər verir  ki, Lahordan Kəraçiyə gedən sərnişin avtobusu Bəhavalpur şəhəri yaxınlığında idarəetməni itirərək neft tankeri ilə toqquşub.Qəzadan sonra bölgəyə çoxlu yanğınsöndürən və təcili yardım maşınları göndərilib.