Pakistanda hərbi helikopter qəzaya uğrayıb, 2 zabit, 4 əsgər ölüb

Pakistanın cənub-qərbində hərbi helikopterin qəzaya uğraması nəticəsində iki zabit və dörd əsgər ölüb.

Operativ.tv Report-a istinadən xəbər verir ki, məlumatı Paksitan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamenti yayıb.

Bildirilib ki, helikopter Pakistanın Bəlucistan əyalətinin Harnai yaxınlığında uçuş edərkən qəzaya uğrayıb.

Hadisənin səbəbi barədə məlumat yayılmayıb.