Pakistan-Əfqanıstan sərhədində qarşıdurma

Bazar günü Pakistanın qərbindəki Çəman şəhərində Əfqanıstanla sərhəd-keçid məntəqəsində keçirilən etiraz aksiyası polislə toqquşmalara çevrilib. Nümayişçilər keçid məntəqəsinin işini bərpa etməsini tələb ediblər. Bu barədə məlumatı Euronews -a istinadən Operativ.tv verib.

Kabilin ələ keçirilməsindən qısa müddət sonra sərhədin bağlanmasını dünyanın bir çox ölkələrinin, o cümlədən Rusiyanın terrorçu kimi tanıdığı Taliban hərəkatı elan etdi. Çəmanda qapalı qalan əfqanlar dözülməz vəziyyətdə olduqlarından şikayətlənirlər: “Artıq 11 gündür ki, bağlı sərhəddəyəm. Arvadlarımız da yanımızda idilər, amma dünən gecə təhlükəsizlik qüvvələrinin hərəkəti ilə onlar getdilər. Gecə dəhşətli idi. Oteldə yeməyə, otel otağında yatmağa pulumuz yoxdur, sərhəd də bağlıdır.”

Pakistan sərhədləri açmaq üçün Talibanla danışıqlar apardığını və insanların və malların gediş-gəlişinə mane olmayacağına söz verdiyini deyir.