Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasında iğtişaşlarda 18 nəfər ölüb, 243 nəfər yaralanıb

Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasında ötən həftə baş verən iğtişaşlar zamanı ölən və yaralananların sayı açıqlanıb.

Operativ.tv APA-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iğtişaşlar zamanı 18 nəfər ölüb, 243 nəfər yaralanıb ki, onlardan 38-i hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Təhlükəsizlik qüvvələri 516 nəfəri saxlayıb, lakin artıq onların bir çoxu sərbəst buraxılıb.