Özbəkistanda kimya zavodunda partlayış olub

Özbəkistanın Daşkənd vilayətində kimya zavodunda partlayış baş verib.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, bu gün səhər 8:30 radələrində Çirçik şəhərindəki kimya zavodunda başlayan yanğının ardınca partlayış baş verib.

FHN əməkdaşları və xüsusi texnika hadisə yerindədir.

Ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur.