Özbəkistan Əfqanıstan ərazisindən atəşə tutuldu

Özbəkistan ərazisinə Əfqanıstan istiqamətindən gələn beş döyüş raketi düşüb.

Operativ.tv "Unikal"-a istinadən xəbər verir ki, bu barədə “Sinxua” Özbəkistan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. 

"Qonşu Əfqanıstan ərazisindən atılan 5 raket Özbəkistanın cənubunda sərhəddə yerləşən Termez şəhərinə düşüb", - məqalədə deyilir.

Dörd raket yaşayış sahəsinə, biri futbol meydançasına düşüb.

"Raketlərin heç biri partlamadı, ona görə də dörd şəxsi evə kiçik ziyan dəyməməkdən başqa heç bir itki və dağıntı olmadı", - KİV-də qeyd olunub.