Ordumuzda olan Xorvatiya istehsalı snayper silahı - FOTO

Ordumuzda olan Xorvatiya istehsalı snayper silahı - FOTO

Azərbaycan Dövlət Sərhəd Xidməti Xorvatiya istehsalı olan yeni snayper silahı alıb.

 

Operativ.tv "Trend"ə istinadən məlumat verir ki, Maks M-4 snayper silahı 12.7x 99 mm çaplıdır. Silah 2500 metrlik məsafədə hədəfi dəqiq vurmaqla məhv edə bilir. Silahın darağı 5 ədəd güllə tutur. Snayper, həmçinin 12,77 mm-lik partlayan mərmi də ata bilir. 13,55 kiloqram çəkiyə malik olan silahın uzunluğu 1475 mm-dir. Silahın gülləsinin sürəti 875 m/saniyədir. Silah Amerika Birləşmiş Ştatlarının istehsalı olan optik nişangahla təchiz olunub.

 

Snayper artıq Dövlət Sərhəd Xidmətinin silahlanmasına daxil edilib və istifadəsinə başlanılıb.

 

Facebook