Orban: Ukrayna müharibəsi Avropanı çökdürəcək

Rusiyanın Ukraynadakı müharibəsi Avropa İttifaqının (Aİ) zəifləməsinə və Qərbin hökmranlığı dövrünün başa çatmasına gətirib çıxaracaq.

Operativ.tv Az.rasthaber.com -a istinadən xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban alman mediasına müsahibəsində bildirib.
"Çox güman ki, məhz bu, (Ukraynadakı münaqişə) Qərb ölkələrinin üstünlüyü epoxasını başa çatdıracaq", - siyasətçi bildirib.
O, Rusiya ilə qarşıdurmanın beynəlxalq aləmdə Aİ-nin mövqeyinin zəifləməsinə gətirib çıxaracağını da vurğulayıb.