Oqtay Gülalıyevin əməliyyatı başa çatıb

“Amerika Xəstəxanası”nda Oqtay Gülalıyevin yenidən keçirilən neyrocərrahi əməliyyatı başa çatıb, bu barədə onun həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

“Əməliyyat zamanı beyindən maye çəkiblər. Qalan mayenin çıxarılması üçün kateter taxıblar. Həkimlər yaxın aylarda müalicənin davam etdiriləcəyini deyiblər”, deyə Gülalıyeva qeyd edib.