Oqtay Gülalıyev yeni növ koronavirusa yoluxub

Hazırda Bakıda ev şəraitində müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyev yeni növ koronavirusa yoluxub.
 
Bu barədə hüquq müdafiəçisinin yaxınları  məlumat verib. 
 
Onların  sözlərinə görə, noyabrın 16-da Oqtay Gülalıyevin səhhətində geriləmə baş verib: qızdırması qalxıb, nəfəs darlığı yaranıb. Ondan koronavirusa analiz götürüblər. Bu gün nəticəsi pozitiv çıxıb.
 
Hazırda TƏBİB və Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsi üçün tədbirlər görürlər.