Operativ Qərargahdan koronavirusa yoluxanlarla bağlı sevindirici xəbər

Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxduqdan sonra sağalanların sayı açıqlanıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, koronavirus infeksiyasına yoluxmuş 11 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ümumilikdə koronavirus infeksiyasına yoluxmuş 26 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.