Ölümcül virus Britaniya və İtaliyaya çatıb

Britaniyada ölümcül koronavirusa ilk iki yoluxma hadisəi qeydə alınıb. Bu barədə Reuters yazıb. 

 

Məlumatda bildirilir ki yeni 2019-nCoV virusuna bir ailənin iki üzü yoluxub. Hazırda onlar xtisaslaşdırılmış tibbi yardım alır və infeksiyaya nəzarət prosedurlarından keçir. 

 

Bundan əlavə İtaliyada da koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Bununla bağlı İtaliya Nazirlər Şurası, ölkədə  fğvqəladə vəziyyət elan edib. Eyni zamanda ölkənin səhiyyə naziri Roberto Speransa Çinlə uçuşların dayandırılması ilə bağlı fərman imzalayıb. 

 

Qeyd edək ki, ötən il dekabrın 31-də Çin hökuməti ÜST-ü Uxan şəhərində naməlum sətəlcəm növünün yayılması ilə əlaqədar xəbərdar edib. Yanvarın 7-də çinli mütəxəssislər xəstəliyi 2019-nCoV koronavirusunun törətdiyini müəyyən ediblər.