Ölkədə cinayətkarlığın sayı kəskin artıb: Statistika nəyi vəd edir?

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib. Ötən ilin yekunlarına dair keçirilən iclasda ölkədə baş verən hadisələrin miqyası və sayı göstərilib. Cinayət sahəsini əhatə edən rəqəmlər ötən illərlə müqayisədə artımı diqqət çəkib.  Belə ki, 2021-ci il ərzində böyük ictimai təhlükə törətməyən cinayətlərin sayı 110 hadisə, yaxud 4,1% artaraq 2792 hadisə olmuş, az ağır cinayətlərin sayı 1230 hadisə, yaxud 19,3% artaraq 7608 hadisə olmuş, ağır və xüsusilə ağır cinayətlərin sayı isə 912 hadisə, yaxud 62,9% artaraq 2361 hadisə olub. Cinayətlərin 94 faizi kişilər, 5,5 faizi qadınlar tərəfindən törədilib. Cinayət törədən yetkinlik yaşına çatmayanların sayı isə 346-dır.

 O cümlədən mənimsəmə və israf etməklə bağlı 219, oğurluqla bağlı 6207, dələduzluqla bağlı 3414, soyğunçuluqla bağlı 200, zorlamağa cəhdlə bağlı 26, quldurluqla bağlı 100, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8571 cinayət faktı qeydə alınıb. Ötən il özünüöldürmə 612, qəsdən adam öldürməyə cəhdlə bağlı 156 cinayət hadisəsi baş verib. 21 zorlama hadisəsi qeydə alınıb. Təqsirləndirilən şəxslərə məxsus 227 daşınmaz əmlak, 83 torpaq sahəsi, 314 nəqliyyat vasitəsi, müxtəlif banklarda 51 kart hesabı və 22 cari hesab müəyyənləşdirilməklə faktiki olaraq təqsirləndirilən şəxslərə məxsus 109 nəqliyyat vasitəsi və 12 daşınmaz əmlak aşkar edilib.

Ötən il qeydə alınmış 31 min 131 cinayətin 87,3 faizinin açılması təmin olunub. Bu cinayətlərin 94,2 faizinin prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib.

Rüşvət cinayətləri ötən illərə nisbətən 2021-ci ildə 2 dəfə artıb.

Rəqəmlər mövcud vəziyyət haqqında təkcə təqdimat etmir. Eyni halda ölkədə cinayətlərin belə bir tendensiya üzərindən artımı hər ötən gün qəbul olunan qanun çoxluğunun yetərli işlək olmaması, iş yerlərinin qeyri-qənaətliyi, bahalıq və gündəlik təlabatın ödənilməməsi, narkomaniyanın hədsiz dərəcədə yayılması, karrupsiya və rüşvətxorluğa zəmin yaradan məmur özbaşnalığı kimi bir çox faktların mövcudluğunu aydınlığı ilə göstərir. Yaranan boşluqlar həllini tapmayacağı halda bu ili hansı cinayətlərlə yaşayacağımızı təxmin etmək o qədər də çətin deyil.