Oktyabr ayında Azərbaycan və Qazaxıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Azərbaycan və Qazaxıstan hökumətlərarası komissiyasının 17-ci iclası oktyabrın ikinci yarısında keçiriləcək.

Azərbaycan Energetika Nazirliyindən verilən məlumata görə, görüş barədə razılaşma hökumətlərarası komissiyanın həmsədrləri, iki ölkənin energetika nazirləri Pərviz Şahbazov və Nurlan Noqayev arasında videokonfrans şəklində keçirilən görüş zamanı əldə olunub.