“O, cənnətdədir bizim üçün yumurta almağa gedəndə İŞİD onu qətlə yetirib” - Video

Eastnews.org-un verdiyi xəbərə görə, Mosul şəhərinin Qədim Mosul rayonunda mühasirədə qalan mülki vətəndaşların təxliyyə zamanı sakinlər İŞİD terrorçularının onlara etdiyi zülmdən danışıb.

İraq ordu qüvvələrinin xilas etdiyi mülki vətəndaşların təxliyyəsi zamanı jurnalist azyaşlı qıza “Sənin atan haradadır?” sualı verdikdə, azyaşlı qız “o, cənnətdədir bizim üçün yumurta almağa gedəndə İŞİD onu qətlə yetirib”, - deyə cavab verir.   Terrorçuların əlindən xilas edilən mülki vətəndaşlar İraq ordu qüvvələrinə təşəkkür edib. Qeyd edək ki, İŞİD terrorçuları Mosulda mülki vətəndaşları canlı sipər kimi istifadə edir. Ordu qüvvələrinin əməliyyatları davam edir.